Dünya futbolu

Motta “Barselona”ya qarşı oynamayacaq

PSJ-nin futbolçusu Tiaqo Motta Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə cavab oyununu buraxacaq.

Bu barədə Paris klubunun baş məşqçisi Unai Emeri matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O, zədə səbəbindən Mottanın sözügedən qarşılaşmanı buraxacağını söyləyib.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 0:4 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43