08 Sentyabr 2024
Dünyadan

Mourinyo bu türk futbolçunun keçidi üçün rəhbərliyə müraciət etdi

“Hamburq”un heyətində ulduzu parlayan Hakan Çalhanoğlu karyerasını Premyer Liqada davam etdirməyə yaxındı.

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin “Çelsi” klubu türk futbolçunun xidmətində maraqlıdır. London təmsilçisinin portuqaliyalı baş məşqçisi Joze Mourinyo yeni mövsümdən Çalhanoğlunu komandasında görmək istəyir.

“Zadəganlar” 20 yaşlı futbolçunun keçidi üçün almanlara 10 milyon avro təklif edib. Hakanın “Hamburq”la 2018-ci ilə qədər müqaviləsi var.

Türkiyə millisinin də şərəfini qoruyan gənc oyunçu bu mövsüm keçirdiyi 28 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43