Dünya futbolu

Mourinyo “Çelsi”yə “yox” dedi

Joze Mourinyo “Çelsi”nin təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Roma”nın çalışdırıcısını komandanın başın gətirmək planları reallaşmayıb. Portuqaliyalı mütəxəssis “canavarlar”la yola davam edəcəyini bildirərək, İngiltərə təmsilçisinin təklifini geri çevirib.

Qeyd edək ki, uğursuz çıxışları ilə azarkeşlərini məyus edən “Çelsi” rəhbərliyi Joze Mourinyonu komandaya gətirmək üçün qarşı tərəflə danışıqlar aparırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43