Dünya futbolu

Mourinyo Ferqüsson və Trappattoniyə çatdı

Avroliqanın 1/4 final mərhələsində “Mançester Yunayted” “Anderlext”i mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

İdmanxeber.com-un məlumatına görə, bununla da komandanın baş məqşçisi Joze Mourinyo karyerasında 10-cu dəfə avrokubokların yarımfinalına yüksəlib.

Bu göstərici ilə portuqaliyalı mütəxəssis Aleks Ferqüsson və Covanni Trappattoninin rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Mançester Yunayted” yarımfinal mərhələsində “Selta” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43