Dünya futbolu

Mourinyo: “Heç kim bu stadionda oynamaq istəməz”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının ilk matçında səfərdə qarşılaşacaqları “Rostov”un stadionunun durumundan narazıdır.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis oyun öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb. O,  stadionunun ot örtüyünün bərbad olduğunu, bu vəziyyətdə futbol oynamağın çətin olacağını deyib:

“Belə stadionda futbol oynayacağımızı düşünməkdə belə çətinlik çəkirəm və buna inana bilmirəm. Amma yenə meydana çıxmaq məcburiyyətindəyik. Tək öz komandam üçün demirəm, belə ot örtüyü olan stadionda meydana heç bir komanda çıxmaq istəməz”.

Xatırladaq ki, “Rostov”- “Mançester Yunayted” matçı bu gün saat 22:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43