Dünyadan

Mourinyo: “Mən futbolda sevginin olması barədə nağıllara inanmıram”

İngiltərə Premyer Liqasının beşinci turunda Lempardın sabiq komandası “Çelsi”yə qol vurmasına "Çelsi"nin baş məşqçisi Joze Mourinyo matçdan sonra fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə,  “Mançester Siti”nin şərəfini qoruyan Lempardın sabiq komandasına vurduğu qoldan sonra sevinməməsinə Mourinyonun münasibət belə olub:

“Lempard “Mançester Siti”nin futbolçudur. Mən futbolda sevginin olması barədə nağıllara inanmıram.  O, “Mançester Siti”yə keçmək qərarı verəndə artıq “Çelsi”yə sevgisi qalmamışdı. Bu gün Lempard bir peşəkar kimi işini gördü. “Çelsi”nin ona münasibəti yaxşıdır. Bu klub üçün əziyyəti olmuş insanları unutmuruq. “Çelsi”nin dəyəri və gözəlliyi də elə budur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43