16 Sentyabr 2024
Dünya futbolu

Mourinyo “Napoli”nin baş məşqçisi ola bilər

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Napoli”yə rəhbərlik edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, məşqçinin agenti mümkün təyinatla bağlı “Napoli”nin prezidenti Aurelio De Laurentis ilə əlaqə saxlayıb. Lakin onun yüksək maaş tələbi bu keçidə mane ola bilər.

Yanvarın 16-da məşqçi “Roma”dan istefaya göndəriliv. Mourinyo 2021-ci ildən klubda çıxış edir. O, komandanı 2022-ci ildə Konfrans Liqasında qələbə qazanıb və ötən mövsüm Avropa Liqasıda finalına yüksəlib.

A Seriyasında 20 turdan sonra “Napoli” 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43