Dünyadan

Mourinyo Pelleqrininin cavabını verdi: “Mən onun sözlərinə reaksiya vermirəm”

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrinin cavabını verib.

İdmanxeber.com-un məlumatına görə, Mourinyo Pelleqrinin "Mançester Siti" –  "Çelsi" oyunundan sonra söylədiyi fikirlərə cavab verib:

"Mən onun sözlərinə reaksiya vermirəm. Düşünürəm ki, bunu o etməlidi. Dəfələrdə deyib ki, hakimləri müzakirə etmir. Amma Klattenburqu az qala öldürürdü.

Tez-tez deyir ki, məni və mənim komandalarımı müzakirə etmir, yenə etdi. Şəxsən mən onun haqda danışmaq istəmədiyimi deyəndə, sözümün üstündə durmağa çalışıram".

Qeyd edək ki, məlumatı "Daily Telegraph" yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43