Dünyadan

Mourinyo “Qalatasaray”ın ulduz futbolçusunu “Çelsi”yə gətirir

“Qalatasaray” bir futbolçusu ilə qışda yollarını ayıra bilər.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo “Cim-Bom”un ulduz futbolçusu Uesli Sneyderi komandasına cəlb etmək istəyir. 

“Qalatasaray”da işləri heç də yaxşı getməyən Sneyder üçün “sarı-qırmızılılar” qarşı tərəfdən 15 milyon avro istəyəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43