Kateqoriyasız

Mourinyo “Qarabağ”ın rəqibinə zəng etdi, “belə davam et” dedi

“Qarabağ”ın ÇL-i II təsnifat mərhələsindəki rəqibi İrlandiyanın “Dandolk” komandası məşhur baş məşqçi Joze Mourinyodan təbrik mesajı alıb.

İdmanxeber.az-ın məumatına görə, Latviya “Riqa”sını penaltilərlə mübarizədən kənarlaşdıran irlandlar “Qarabağ”a rəqib olub. Görüşdən sonra “Sky Sports”un müxbiri Endi Barton telefonu baş məşqçiyə yaxınlaşdırıb və Joze Mourinyodan təbrik zəngi gəldiyini göstərib. Portuqaliyalı mütəxəssis Pörslə bir neçə dəqiqə danışıb, onu təbrik edib və “Belə davam et” deyib.

“Mourinyodan zəng gəldi. Başlanğıcda emosional idim. O, mənim qəhrəmanımdır. İnsanların son illər Mourinyonu tənqid etdiyini bilirəm. Ancaq o insan mənim üçün hər zaman bir qəhrəmandır. Mənə zəng vurmağı, təbrik etməsi möhtəşəm və qəribə an idi”, – deyə 42 yaşlı mütəxəssis bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43