Kateqoriyasız

Mourinyo “Roma”dan ayrılır? – açıqladı

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubdakı gələcəyi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaq istəmədiyini bildirib. O, bu barədə yekun bir qərar vermədiyini də sözlərinə əlavə edib:

“Roma”da qalmaq istəyirəm. Ancaq inanın ki, çox yorğunam. Mən və oyunçularım daha çox şeylərə layiqiy. Davamlı bu barədə danışmaq adamı yorur”.

Xatırladaq ki, Mourinyonun rəhbərlik etdiyi “Roma” ötən mövsüm Konfrans Liqasını qazansa da, bu mövsüm Avropa Liqasının finalında “Sevilya”ya məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43