Dünya futbolu

Mourinyo: “Üç klubdan təklif almışam”

Uğursuz nəticələrin ardından “Mançester Yunayted”dən ayrılan Joze Mourinyo bir neçə klubdan təklif aldığını açıqlayıb.

Təcrübəli mütəxəssis ekspert kimi çalışdığı “bEIN SPORT” kanalında 3 klubdan təklif aldığını açıqlasa da, bunları geri çevirdiyini bildirib. 55 yaşlı çalışdırıcı səbəb kimi bu komandaların özünə uyğun olmadığını göstərib.

“Real”, “Çelsi” və “İnter” kimi klublarda çempionluq yaşamış Mourinyonun yeni adressinin hara olacağı maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43