Dünya futbolu

Mourinyo: “Yağış yağsa, bunun günahkarı mən oluram”

İngiltərə Premyer Liqasının VIII turunda “Mançester Yunayted” doğma meydanda “Nyukasl”ı qəbul edib. Ev sahibi komanda qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, geridönüş edərək matçdan qalib ayrıla bilib – 3:2. Görüçün ardından Mançester təmsilçisinin baş məşqçisi Joze Mourinyo  maraqlı açıqlamalar edib:

“Bu axşam Londona gedəcəyəm. Əgər sabah orada yağış yağsa, bunun günahkarı mən olacağam. Əgər “Brexit”lə bağlı problem yaşanarsa da, bunun səbəbkarı mən göstəriləcəm.

2020-ci ilə qədər müqaviləm var. Buna silah gücünə nail olmamışam. Klub müqaviləmi uzadıb.

Futbolçular fasilədə oyuna çıxaraq bütün güclərini meydanda qoyacaqları barədə söz verdilər. Amma bu gülməlidir. Əgər oyunçular baş məşqçilərinə görə oynayırlarsa, peşəkar olmadıqları anlamına gəlir.

Azarkeşlərimizin mənə mahnı həsr etməyini istəmirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43