Kateqoriyasız

Mourinyo yenə “lyubimçik”indən danışdı

“Çelsi”nin “Atletiko”dan transfer etdiyi Dieqo Kosta Joze Mourinyonun sevimlisinə çevrilib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli məşqçi Kosta haqqında verdiyi açıqlamada bu sözləri deyib:

“Görünür, biz mütəxəssislər, o cümlədən mən özüm həmin vaxt kor olmuşuq.O, sadə, doğru və ciddi adamdır, ünsiyyətcildir. İngiliscə cəmi on söz bilir, amma hamıyla dil tapa bilir. O özü söhbətə başlaya və jestlərlə onu sona qədər davam etdirə bilər. Komandada hamı onu sevir. Mən karyeramda yaxşı xarakterə malik çox insan görmüşəm. Amma Kosta kimisini tapmaq çətindir”.

Qeyd edək ki,  Mou “Sky Sport”a müsahibəsində bu sözləri deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43