Dünyadan

Mourinyo “Yeni Droqba”sını tapdı

“Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo qış transfer pəncərəsini səbrsizliklə gözləyir.

İdmanxeber.com-un məlumatına görə, “Mançester Yunated”, Şotlandiya təmsilçisi “Seltik”də möcüzələr yaradan gənc hücumçu Musa Dembele üçün yanvar ayında təklif göndərəcək . Mövsüm öncəsi “Qalatasaray”ın da gündəminə gələn, ancaq az qala pulsuz olaraq “Fulhem”dən “Seltik”ə keçən fransız futbolçu meydanda olduğu 24 matçda 16 qol vuraraq diqqətləri cəlb eləməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43