Dünyadan

Mourinyo: “Yenidən “Real”a qayıdardım”

"Keçmişə qayıtsam, yenidən "Real"ı seçərdimmi? Bəli, mütləq. Bu, mənim üçün həm məşqçi, həm də bir insan olaraq əsl təcrübə oldu. İki dəfə düşünməzdim. Yenidən ora qayıdardım".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Joze Mourinyo deyib. Təcrübəli mütəxəssis "Real" klubu barədə danışarkən sözlərinə belə əlavə edib.

"Real"dan ayrılanda prezident, icraçı direktor və bütün klubla münasibətlərim yaxşıydı. Belə bir zəmində karyeramın ən yaxşı qərarını verdim.

"Çelsi"də xoşbəxtəm. Keçmiş haqqında danışmağı xoşlayan insan deyiləm. İndi ilk dəfədi ki, karyeramın növbəti mərhələsi haqqında düşünmürəm. Əvvəl həmişə gələcəkdə nə olacağı barədə fikirləşərdim. Burda işləmək xoşuma gəlir. Ailəm burda xoşbəxtdi. Klubun layihəsi olduğu üçün "Çelsi"yə qayıtdım".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43