Dünya futbolu

Mourinyodan Neymar açıqlaması

“Mançetser Yunayted”in baş məşqçisi Joze Mourinyo “Barselona”nın futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis yayılan xəbərlərin həqiqətdən uzaq olduğunu bildirib. O vurğulayıb ki, “Barselona” “sambaçı”nı yaxın vaxtlarda heç bir komandaya satmayacaq:

“Neymar yaxşı futbolçudur. Məncə, “Barselona” onu heç vaxt itirmək istəməz. Neyarı biz transfer edəcəyik? Xeyr, çox axmaq məlumatdır. Fikrimcə, Neymar “Barsa”nın “Yeni Messi”si olacaq və uzun müddət o komandada çıxış edəcək”.

Qeyd edək ki, “Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan Neymarın 350 milyon avro qarşılığında “qırmızı şeytanlar”a transfer olunacağı iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43