Dünya futbolu

Mourinyodan Zidana məsləhət: “Dəyişikliklər etməlidir”

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Fransada qatıldığı bir proqramda “Real”a ikinci dəfə qayıdan Zidan barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, tərcübəli mütəxəssis fransalı çalışdırıcıya kiçik məsləhətlər verib. O, Zidanın komandada müəyyən dəyişikliklər etməli olduğunu bildirib:

“Zidanın karyerası bartəsində danışmaq hələ tezdir. Ancaq o, 3 dəfə üst-üstə Çempionlar Liqasını qazanaraq heç kimin edə bilmədiyini edib.Yenidən “Real” aqayıtması klub rəhbərliyinin doğru qərarıdır. Ancaq Zidan da bəzi oyunçuları satmalı, yeni futbolçular transfer etməli və onlara öz fəlsəfəsini izah etməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43