Dünya futbolu

Mourinyoya bir sərvət təzminat

İngiltərənin nüfuzlu “Daily Mail” qəzetinin yazdığı xəbərə görə, ötən günlərdə vəzifəsinə son verilən Joze Mourinyo “Mançester Yunayted”dən təzminatını alıb.

Qəzət baş məşqçiyə yaxın mənbələrdən aldığı məlumata əsasən bildirib ki, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”dan 15 milyon funt-sterlinq alıb.

Xəbərdə ayrıca qey edilib ki, “Real”ın prezidenti Florentino Perez baş məşqçi Lopetegini göndərdikdən sonra Joze Mourinyoya iş təklifi etsə də, təcrübəli mütəxəssis həmin vaxtda “Mançester”də olduğu üçün  bu təklifi geri çevirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43