31 Yanvar 2023
  • Ana səhifə
  • İdman
  • Mövlud Mirəliyev Azərbaycan cüdo yığmasına baş məşqçi təyin edildi
İdman

Mövlud Mirəliyev Azərbaycan cüdo yığmasına baş məşqçi təyin edildi

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Mövlud Mirəliyevə həvalə olunub.

İdmanxeber.az Sportlife.az-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Mirəliyevlə razılıq əldə edib və gələn həftə məşqçinin təyinatı rəsmiləşəcək.

Ruslan Maşurenkonu əvəz edəcək Mövlud Mirəliyev 2016-cı ildə də Azərbaycan cüdo yığmasına rəhbərlik edib. Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Mirəliyevin rəhbərlik etdiyi Azərbaycan millisi iki gümüş medal qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Droqbanın oğlu Fransa klubunda

admin

Azərbaycan Mini Futbol Assosiasiyası Avropa Mini Futbol Federasiyasının üzvü oldu

admin

Belçika Kipr yığmasına heç bir şans tanımadı – VİDEO

admin