Ölkə futbolu

Mövsümdə 5-ci

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatda bu mövsüm 5-ci böyükhesablı qələbəsini qazanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlub edib.

Ağdam klubu bu göstəricidə mövsümün rekordçusudur. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudur. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.

Mövsümdə 5-ci böyükhesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar bu turnirdə zirvədə qərarlaşmamışdı. İkinci turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Topaz Premyer Liqasıda VII turun bütün təyinatları

admin

BİABIRÇILIQ! Azərbaycan çempionatında hakimi söydülər və dəyişiklik tablosunu qırdılar

admin

“Qəbələ”nin III və IV dövrələrdə vurduğu qollar – VİDEO

admin