Ölkə futbolu

Mövsümün 5-ci avtoqlu

Topaz Premyer Liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb.

Bu dəfə “Zirə”nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, XIV turun “Qarabağ”la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir.

O, “Keşlə” və “Sumqayıt”la goruşlərdə “fərqlənib”. “Zirə”nin üzvlərinin üç avtoqolundan başqa “Qarabağ” və “Sumqayıt”ın oyunçuları da öz qapısına qol vurub.

Sonuncuların qapıçısı Mehdi Cənnətov “Keşlə”, “Qarabağ”lı Abbas Hüseynov “Neftçi” ilə görüşdə rəqibini sevindirən qolu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43