Premyer Liqa

Mövsümün ikincisi

Azərbaycan Premyer Liqasının XXVII turu məhsuldarlığı ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə,iki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub. Orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən IV turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu XXVII tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. IV turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” – “Sumqayıt” (2:1), AZAL – “Kəpəz” (1:2), “Zirə” – “Neftçi” (2:2) və “Qəbələ” – “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi XV turda baş verib. (PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43