Kateqoriyasız

Mövsümün rekordu rəsmiləşdi

“Qarabağ”ın qələbə seriyası başa çatıb. 

İdmaxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasında ardıcıl 7 qələbə qazanan Qurban Qurbanovun yetirmələri XXXI turun “Simurq”la səfər oyununda xal itkisi ilə üzləşib.

0:1 hesablı məğlubiyyətlə Ağdam təmsilçisinə məxsus mövsümün rekordu rəsmiləşib. Belə ki, “Qarabağ”dan başqa heç bir klub cari mövsüm ardıcıl bu qədər qalib gəlməmişdi. “Neftçi” və “İnter”in 5 oyunluq qələbə seriyaları var ki, sonuncularda bu ardıcıllıq davam etməkdədir.

Sonuncu dəfə də məhz “Simurq”la görüşdə xal itirən ağdamlılar XXIII turun fevralın 23-dəki görüşündə qolsuz heç-heçə etmişdi. 56 gündən sonra xal itkisi ilə üzləşən Qurbanovun komandasının məğlubiyyətsiz oyunlar seriyası da qırılıb. Çempionatın lideri sonuncu dəfə XIX turun “Xəzər Lənkəran”la ev oyununda 0:1 hesabı ilə yenilmişdi. Fevralın 1-dəki oyundan sonra “Qarabağ” 11 matçda uduzmamışdı.

Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatları tarixində ən uzun qələbə seriyası 9, məğlubiyyətsizliyi 22 matçdan ibarət olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43