01 Oktyabr 2020
Ölkə futbolu

Mövsümün son turunun cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 28-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 28-ci turunun  “Sumqayıt” – “Zirə” matçında “Zirə” nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.  Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Topaz Premyer Liqasının 28-ci turunun  “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Və “Neftçi” sevindi

admin

“Keşlə” Özbəkistan millisi ilə qarşılaşacaq

admin

Robert Prosineçki: “Nizami Hacıyev mənim futbol fəlsəfəmə uyğun deyil”

admin