Ölkə futbolu

MTK-nın baş məşqçisi: “Qəbələ” 253-cü, MTK isə 363-cü yerdədir”

“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, rəqib komandanın çalışdırıcısı Teodori Vasilişs oyundan öncə bunları deyib:

“Təhlükəli rəqibə qarşı oynayacağıq. Azərbaycan klubu bir neçə dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bu təsadüf ola bilməz. Rəqib UEFA reytinqində 253-cü, biz isə 363-cü yerdəyik. Qələbə qazansaq, bu nəticədən razı olardım, amma heç-heçə də edə bilərik”.

MTK-nın futbolçusu Yozef Kanta: “Rəqibi yaxşı analiz etmişik. 3-cü mərhələyə adlamaq üçün hər şeyi edəcəyimizə söz verirəm. Əvvəlki oyunlarda da göstərdik ki, biz öz oyunumuzu oynasaq, problem olmayacaq”. 

mtk.hu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43