Premyer Liqa

Muarem 30-a çatdı

Azərbaycan Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem "Qarabağ"ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. 

İdmanxeber.com-un məlumatına görə, o, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub.

 
Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də "Bakı" ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb.
 
Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43