Kateqoriyasız

Muarem Muarem: “Əsas məqsədimiz Ukrayna səfərindən xalla qayıtmaqdır”

“Əsas məqsədimiz Ukrayna səfərindən xalla qayıtmaqdır. Yəni minimum tapşırıq “Dnepr”ə uduzmamaqdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri bu gün Ukraynada “Dnepr”in qonağı olacaq “Qarabağ”ın futbolçusu Muarem Muarem söyləyib. Muarem sözlərinə belə əlavə edib:

“Dnepr”lə oyunun çətin alınacağına şübhə etmirəm. Ancaq istənilən komandayla oynamaq mümkündür. Əlbəttə, qələbə qazansaq, azarkeşlərimizə daha çox sevinc bəxş edərik. Üstəlik, qrupdan çıxmaq üçün də yaxşı şans qazanarıq. Lakin reallığı nəzərə alsaq, Ukraynadan 1 xalla qayıtmaq da müsbət nəticə olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43