Kateqoriyasız

Muarem Muarem: “Qarabağ”la Azərbaycan futbolunda yeni tarix yazmağa qərar vermişdik”

“Evdə hollandlarla heç-heçə oynadıq. Həmin oyunda pleymeyker funksiyasını yerinə yetirirdim, Reynaldonun arxasında çıxış edirdim”.

idmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Muarem Muarem UEFA-nın rəsmi saytına açıqlamasında Avroliqanın “pley-of” mərhələsinə vəsiqə qazanmaq üçün “Tvente” ilə qarşlılaşdıqları oyun barədə danışıb:

“Enshededə isə baş məşqçinin qərarına görə öz sevimli mövqeyimdə sol cinah yarımmüdafiəçisi kimi çıxış etməyə başladım. Orada oynamaq mənə daha xoş və asandı. Oyundan öncə uşaqlarla öz aramızda söhbət edib, “Qarabağ”la Azərbaycan futbolunda yeni tarix yazmağa qərar vermişdik. Əsas odu ki, özümüzə inanırdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43