Müsahibə

Muarem Muarem: “Qumda da oynasaq udmağımız lazım idi” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Muarem Muarem “Simurq”la oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı nə deyərdin?

Kubok oyunları hər zaman fərqli olur. Sıx qrafikdə oynadıq. Bizi çətin oyunun gözlədiyini bilirdik. İndi bizi qarşıda iki səfər matçı gözləyir, biri çempionat, digəri kubok oyunu. İnşAllah əlimizdən gələni edib orada da qələbə qazanmağa çalışacağıq.

– Süni otda oynamaq oyununuza təsir etmədi?

Buna fikir vermək lazım deyil. Hələ belə oyunlarda heç… Qumda da oynasaq udmağımız lazım idi və qalib də gəldik. Fərq etmir. 

– Sən və Leroy meydana çıxdıqdan sonra komandanın hücumları daha da sürətləndi. Hətta bir epizodda qol imkanın da oldu.

Bu baş məşqçinin qərarıdı. Bizə lazımı təlimatları veri və oyuna qoşulduq. Epizoda gəlincə, qismət olsa Zaqatalada vuraram. (gülür)

– 1:0 hesablı nəticə sizin növbəti mərhələ şanslarınızı olduqca yüksəltdi. Sən nə düşünürsən?

Əlbəttə, qələbə qazanmaq şərt idi. Ən vacibi qol buraxmamaq idi. Biz qol buraxmadan qələbə qazandıq. Rəqib öz meydanında bizə iki qol vurmaq istəyəcək. Əminliklə nəisə demək olmaz. 

– Çempionluq yarışında da inamla irəliləyirsiniz. İki cəbhədə mübarizə aparmaq çətindimi?

Əlbəttə. Açığı mənim üçün hər iki titul: həm çempionluq, həm də kubok önəmlidi. Lakin əsas olan çempionluqdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43