Dünya futbolu

Muarem Muaremin yeni klubu məlum oldu

Mövsüm başa çatdıqdan sonra “Qarabağ”dan ayrılan Muarem Muaremin yeni klubunun adına aydınlıq gəlib. 

İdmanxeber.com-un məlumatına görə, makedoniyalı futbolçu yenidən Türkiyəyə qayıdıb. O, Ağdam klubunun sabiq futbolçusu Reynaldonun formasını geyindiyi və gələn mövsümdən I liqada mübarizə aparacaq “Adanaspor” klubu ilə anlaşıb. 

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Yarımmüdafiəçi yaxın günlərdə Adana təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. 

Qeyd edək ki, Muarem daha öncə Türkiyədə “Orduspor” və “Əskişəhərspor” kimi komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43