Ölkə futbolu

Mübariz Mənsimov: “Xəzər Lənkəran”nın dönüşü möhtəşəm olacaq”

Azərbaycanlı iş adamı Mübariz Mənsimov instaqram hesabı vasitəsilə “Xəzər Lənkəran” azarkeşlərinin suallarını cavablandırıb.

O, “ağ-yaşıllar”ın yenidən ölkə futboluna qayıdacağını açıqlayıb.

“Xəzər Lənkəran” AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Pulumuz Allahın verdiyi ruzidi və dənizdən çıxır. Hələlik gözləyəcəyik. Ancaq sizə söz verirəm ki, bizim “Xəzər Lənkəran” mütləq yaşıl meydanlara dönəcək və dönüşü möhtəşəm olacaq”.

“Xəzər Lənkəran” klubu 2004-2016-cı illərdə fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43