Ölkə futbolu

Mübariz Mənsimov “Neftçi” üzərindəki qələbəyə belə reaksiya verdi

Oktyabrın 23-də “Neftçi”ni məğlub edərək, Superkuboka sahib çıxan “Xəzər Lənkəran”ın bu zəfəri klubun fəxri prezidenti Mübariz Mənsimovun diqqətindən yayınmayıb.

“Ağ-yaşıllar”ın fəxri prezidenti oyundan öncə olduğu kimi, matçdan sonra da qələbə münasibəti ilə Toşakı təbrik edib. Mənsimov uelsli mütəxəssisə zəng edərək onu və komandanın hər bir üzvünü təbrik edərək, bu uğurun ardının gəlməsini arzulayıb. 

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43