Ölkə futbolu

Mübariz Mənsimov: “…yetər!”

"Palmali" Şirkətlər Qrupunun sahibi və "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyənin "Milliyet" qəzetinə müsahibə verib:

Azərbaycanlı iş adamı müsahibəsində bunları dilə gətirib:

“Qalatasaray”lılar inciməsin, məncə, Türkiyənin yeganə xalq komandası “Beşiktaş”dır".

"İdmanda xuliqanlıq, söyüş olmamalıdır, yetər! Mənim Azərbaycanda klubum var. 9 milyon azərbaycanlıdan 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından bir kəlmə də söyüş çıxmaz. Artıq futboldan söyüşləri qaldırmaq lazımdır. Futbolçunun anası da, bacısı da bizim anamız, bacımızdır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43