08 Sentyabr 2024
Ölkə futbolu

Müdafiə naziri MOİK-in futbolçularına nə söz verdi?

“Qarabağ”la kubok matçından öncə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər yüksək rütbəli şəxsləri MOİK-ın paltardəyişmə otağına gələrək komamdaya uğurlar arzu edib.

İdmanxeber.az-ın məlumatına görə, bunu MOİK-ın baş məşqçisi Qəzənfər Abbasov Ağdam klubu ilə matçdan sonra deyib.

Ordu klubunun çalışdırıcısı nazirin həmçinin onlara gələcəkdə hər şeyin daha yaxşı olacağına, klubun ilk pilləni tutacağı təqdirdə daha da iddialı duruma gələcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43