Kateqoriyasız

“Müharibəni dayandırmağın yolu var” – Honda

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda şəxsi tviter hesabında Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginliklə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, hazırda Litvanın “Suduva” klubunda çıxış edən yaşlı yaponiyalı yarımmüdafiəçi müharibəni pisləyib:

“İnanıram ki, müharibəni dayandırmağın yolu var, hansı ki, tariximiz ərzində bunu heç vaxt görməmişik. Amma həmin yol zorakılıq deyil. İkinci Dünya Müharibəsi bizə nə öyrətdi? Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərikmi? İnsan həyatından vacib heç nə yoxdur”.

Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümündə “Neftçi”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43