Ölkə futbolu

Mükafatlar rekordçularındır

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

İdmamxeber.az PFL-in saytına istinadən xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.

Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib.
Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.

“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.

AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR
mövsüm çempion II yer III yer
1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə)
1994/95 Kəpəz (Gəncə) Turan (Tovuz) Neftçi (Bakı)
1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə)
1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna)
1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir
1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı)
1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı)
2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı)
2001/02 Yarımçıq qalıb    
2002/03 Keçirilməyib    
2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam)
2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax)
2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı)
2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı
2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı)
2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)
 2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam)
2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam)
2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı)
2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı)
2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ
2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı)
2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)
2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı)
2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı)

 

Premyer Liqanın mükafatçıları klublar üzrə

Klub I II III Cəmi
Neftçi (Bakı) 8 4 6 18
Qarabağ (Ağdam) 8 3 3 14
Kəpəz (Gəncə) 3 1 2 6
Keşlə (Bakı) 2 3 4 9
Bakı 2 2 2 6
Şəmkir 2 2 0 4
Turan (Tovuz) 1 1 2 4
Xəzər Lənkəran 1 3 0 4
Qəbələ 0 2 3 5
Xəzər (Sumqayıt) 0 2 0 2
Xəzri (Bakı) 0 1 1 2
Karvan (Yevlax) 0 1 1 2
Şüvəlan (Bakı) 0 1 0 1
Zirə (Bakı) 0 1 0 1
Simurg (Zaqatala) 0 0 1 1
Viləş (Masallı) 0 0 1 1
Səbail (Bakı) 0 0 1 1

Qeyd: “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AZAL məğlub oldu

admin

Bunu kimin namusuna yazaq, hoca?

admin

“Sumqayıt” – “Qəbələ” – Canlı Yayım

admin