Ölkə futbolu

“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq” – Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu mərhələdə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq. 

Mütəxəssis isə klubun saytına açıqlamasında rəqib haqqında bunları deyib: 

“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq. “Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43