Ölkə futbolu

Mundial öncəsi Fransa millisi üçün şad xəbər

Fransa millisində üzlər gülür.

İdmanxeber.com-un məlumatına görə, "xoruzlar"ın aparıcı üzvü Frank Riberi DÇ-2014-də komandasına kömək edə biləcək.

Norveçlə yoxlama görüşündə belindəki ağrəılar səbəbindən iştirak edə bilməyən Riberi təkrar həkim müayinəsindən keçib və onun Braziliyada keçiriləcək mundialda iştirak edə biləcəyi açıqlanıb.

Bu gün Paraqvayla yoxlama görüşündə üz-üzə gələcək Fransa millisində Varan və Benzemanın zədəsi hələ də davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43