Dünya futbolu

Müqaviləsini yeniləməsə, satılacaq

Frenki de Yonq “Barselona”nın müqavilə yeniləmək təklifinə hələ cavab verməyib.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə əsasən xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin Katalon klubuyla sözləşməsi 2026-cı ilin yayında bitir. O, müqaviləsini yeniləməsə, “Barselona” onu bu yay satmağı düşünür.

De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43