Ölkə futbolu

Murad Musayev cəzalandırıldı

“Sabah” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”lə Qəbələdə keçirəcəyi səfər oyununa baş məşqçisiz çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb paytaxt klubuna rəhbərlik edən Murad Musayevin cəzalandırılmasıdır.

XXXII turda “Şamaxı” ilə keçirilən matçda qırmızı vərəqə alan rusiyalı mütəxəssis bir oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmçinin, görüşdə hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan Musayevin köməkçisi Vitaliy Kovalyov da eyni cəza ilə üzləşib.

Qeyd edək ki, “Kəpəz” – “Sabah” oyunu mayın 5-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43