Kateqoriyasız

Murad Musayev məğlubiyyəti şərh etdi

Premyer Liqanın 16-cı turu çərçivəsində “Zirə” öz meydanında “Sabah”ı qəbul edib və rəqibinə qalib gəlib – 2:0.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Çox döyüşkən oyun alındı. Oyun ilk səhvə qədər gedirdi. Çox təəssüf ki, bizim komanda ilks əhbi buraxdı. Rəqibi təbrik edirəm. Bu gün qələbəyə layiq idilər. Öz komandam haqda da çox danışmaq istəmirəm. Çalışdılar ki, yaxşı nəticə qazanaq”.

Musayev “Avrokuboklarda uzaq düşmək təhlükəsi olan “Sabah”ın yeni transferləri nəyə ölçülüb” sualını bela cavablandırıb:

“Transferlər komandanı gücləndirmək üçün edilib. Hələ qarşıda 12 oyunumuz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43