16 Sentyabr 2024
Ölkə futbolu

Murad Musayev: “Özümüzü məhv etməklə məşğuluq”

“Demək olar ki, oyun üstünlüyü bizim tərəfimizdə idi. Amma bu üstünlük, yaradılan fürsətlər yetmədi ki, heç olmasa bir xal qazanaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Komanda yenilənib. Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq. Qapıda Rüstəmin olması qapıçılar üzrə məşqçinin seçimi idi. Biz də onunla razılaşdıq.

Penalti psixoloji amildir. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu, olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43