Kateqoriyasız

Müsəlman futbolçu irqçiliyə görə 10 oyun cəzalandı

FutbolPressFIFA bəhreynli futbolçu Sayed Baqeri iqrçiliyə görə cəzalandırıb.

25 yaşlı müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Honq Konq – Bəhreyn matçında irqçilik edib. Noyabrın 14-ü Honq Konqda baş tutan matçda yerli azarkeşlərə etdiyi jestlə onların qıyıqgöz olmasına sataşan bəhreynli buna görə 10 oyunluq cəzaya məruz qalıb.

FİFA Bəhreyn yığmasının üzvünə 30 min İsveçrə frankı məbləğində cərimə kəsib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43