Kateqoriyasız

Musa Qurbanlı poker etdi, “Sabah” darmadağın oldu

Azərbaycan birinci divizionunda 13-cü tura yekun vurulub.

Turun bütün oyunları bu gün keçirilib.

Lider “Səbail-2” səfərdə “Sumqayıt”ın ikinci komandası ilə bərabərə qalıb. “Sabah-2” isə “Qarabağ-2″yə böyük hesabla məğlub olub. Əsas komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı pokerə imza atıb.

 

9 dekabr (bazar ertəsi)

Birinci divizion

13-cü tur

MOİK – “Neftçi-2” – 1:1
Qolar:
 Orxan Həsənov, 53 – Vüsal Əsgərov, 43

“Keşlə-2” – “Qaradağ Lökbatan” – 3:0
Qollar:
 Elmir Rəhimzadə, 4; Emin Quliyev, 90; Riad Abbaszadə, 90+2)

“Sumqayıt-2” – “Səbail-2” – 1:1
Qollar:
 Elnur Cəfərov, 6 – Bahadur Həziyev, 42

“Turan Tovuz” – “Zirə-2” – 2:1
Qollar:
 İlkin Sadıqov, 48, pen. Elçin Qasımov, 89 – Samir Ağayev, 55

“Ağsu” – “Zaqatala” – 1:5
Qollar:
 Qalib Əmrahov, 90+3 – Yusif Həsənov, 15; Famil Camalov, 42 (p.); 79, 86; Elçin Əlicanov, 81)

“Sabah-2” – “Qarabağ-2” – 1:5
Qollar:
 Zahid Mərdanov, 24 p. – Musa Qurbanlı, 5, 35, 57, 83, Cavid Bayramov, 71

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43