İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlının əsas heyətdə yer almamasından xəbərdarsınız.
İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuat millimizin üzvü barədə maraqlı məqalə dərc edib. Sayt yazıb ki, bu yay Musa “Yurqorden”i tərk edə bilər.
Bunun üçün klub 9-10 milyon İsveç kronu (təqribən 850 min avro) tələb edir. Bu, isə “Yurqorden”in Musa üçün “Qarabağ”a ödədiyi məbləğdən 3-4 milyon kron çoxdur.