l Divizion

Musa Qurbanov: “Ona ikinci dəfə şans verdim və…”

Azərbaycan Birinci Divizionunun 19-cu turunda “Zaqatala” İmişlidə “Mil-Muğan”ın qonağı oldu. İdmanxeber.com-un məlumatına görə, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatdı.

“Zaqatala” klubunun prezidenti Musa Qurbanov da sözügedən oyunu izləmək üçün İmişliyə təşrif buyurmuşdu. Oyundan sonra Qurbanov idmanxeber.com-a müsahibə verib.

– Komandanızın oyunundan razı qaldınızmı?

Oyundan razı qalmasam da, nəticədən yüz faiz razı qaldım. Hər iki komanda əzmkarlıq nümayiş etdirirdi. Meydan amili keyfiyyətli oyuna imkan vermirdi. Ancaq hər iki komanda çalışırdı ki, keyfiyyətli oynasın. Ancaq əımzkarlıqdan razı qaldım.

– Növbəti mövsümdən “Zaqatala”nın Premyer Liqada çıxış edəcəyi gözlənilir. Komanda bu heyətlə, bu baş məqçi ilə Premyer Liqada oynamaq gücündədimi?

Yox! Çox böyük dəyişikliklər olacaq. Əgər yüksək liqaya çıxsaq böyük dəyişikliklərin olacağını indidən deyə bilərəm.

-Lisenziya işləri nə yerdədi?

Lisenziya işlərini yekunlaşdırmışıq. AFFA Lisenziyalaşdırma şöbəsinin işçiləri bir neçə gün bundan öncə Zaqataladaydılar. Lazım olan bütün sənədləri hazırlayıb təqdim etmişik.

– Son zamanlar baş məşqçi Şaban Şirdanovla yolların ayrılacağı ilə dair məlumatlar dolaşır.

Onun qarşısına vəzifə qoymuşdum. Ancaq sonradan ona daha bir şans verdim. Bugünkü qələbədən sonr o şansdan yaxşı istifadə elədi. Dəyişiklik ola bilərdi. Ancaq ona verdiyim şansdan yaxşı istifadə elədi.

İlkin İsmayılzadə



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43