08 Sentyabr 2024
Dünya futbolu

Musanın komanda yoldaşı “Barsa”nı yox “Tottenhem”i seçdi

Lukas Berqvall “Tottenhem”ə transfer olmaq üçün bu gün Londona gedəcək.

İdmanxeber.az-ın məlumatına görə, Musa Qurbanlının da çıxış etdiyi “Yurqorden”də oynayan Berqvallın 18 yaşı bu gün tamam olacaq və o, professional müqaviləyə imza ata biləcək.

“Barselona”ya keçməyə yaxın olan gənc oyunçu son anda “Tottenhem”in araya girməyiylə fikrini dəyişdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43