Dünya futbolu

“Müsbət futbol oynamağa və topa sahibliyimizi qorumağa çalışırıq”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-də İspaniya ilə oyundan gözləntilərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının şanslarını belə dəyərləndirib:

“Bəzən hücuma keçəcəyik, bəzən də öz yarımızda müdafiə olunmalı olacağıq, amma ideya həmişə meydanda üstünlük təşkil etməkdir. Biz özümüzü İspaniya kimi yüksək səviyyəli komandalara qarşı sınamaq istəyirik ki, harada durduğumuzu görək.

Müsbət futbol oynamağa və topa sahibliyimizi qorumağa çalışırıq. İnanıram ki, topu rəqibə versən, o, daha yaxşı vəziyyətdə olacaq. Zaman-zaman üstünlük qazanmağa çalışacağıq. Görək bu tapşırığın öhdəsindən gələ biləcəyikmi?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43