Dünya futbolu

Müsəlman futbolçu xaça görə klubu tərk etdi

Makedoniyanın “Skopye” futbol klubuna yeni transfer olunan Florent Osmani klubun loqosunda xaç olduğu üçün komandanı tərk edib.

İdmanxeber.com-un məlumatına görə, 2 həftə əvvəl komandaya qoşulan Osmani ölkə mətbuatına veridyi açıqlamada bildirib ki, dini səbəblərdən belə bir loqonu gəzdirə bilməz.

Klub rəhbərliyilə loqo məsələsini müzakirə etdiyini deyən Osmani “Rəhbərliklə bu gün oturduq danışdıq. Mən bu klubda oynamaq istəyirəm, amma bu loqonu daşımaq istəmirəm. Mən müsəlmanam. Loqonun sadəcə xaç olan hissəsini bağlamaq istədim. Ancaq mənim istədiyimi qəbul etmədilər. Dinim mənim üçün çox özəldir. Bu səbəbdən klubdan çıxmaq qərarı verdim” – deyə vurğulayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43